Əfsanəvi italyan qapıçısı Canluici Buffon Fransa yığma komandasının hücumçusu Mbappeni tərifləyib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Qapıçı, Mbappenin fövqəlbəşəri keyfiyyətlərə malik olduğunu bildirib: "Əgər o, öz hədəflərinə fokuslanacaqsa eyniylə Pele, Maradona, Ronaldo və Messi kimi ola biləcək".

Xatırladaq ki, 19 yaşlı Mbappe Dünya Çempionatının ən yaxşı gənc futbolçusu seçilib.