İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən posta Luis Enrike gətirilib.

"Marca"nın məlumatına görə, 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən gün İspaniya Futbol Federasiyası Dünya Çempionatından əvvəl baş məşqçi postuna gətirilən Fernando Hierro ilə yollarını ayırdığını açıqlayıb.