Qubada qar uçqunu altında qalaraq vəfat edən alpinistlərdən Babur Hüseynov Astarada dəfn oluncaq.

Bu barədə Open.az-ın əməkdaşına mərhumun yaxınları məlumat verib. Onların sözlərinə görə, Baburun nəşi artıq Astaraya aparılır.

Qeyd edək ki, Babur Hüseynov 1990-cı ildə Astarada anadan olub. B.Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub.

Sosial şəbəkələrdə "Gilavar" Hava və Ekstrim İdman Klubunun itkin düşən digər üzvləri Fəridə Cəbrayılzadənin Masallıda, Namin Bünyatzadə isə Şəmkirdə dəfn olunacağı ilə bağlı məlumatlar yer alıb.

Xatırladaq ki, alpinistlər 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.

Şəfiqə Nazimqızı