Avqustun 20-dən 24-dək Kişinyovda (Moldova) qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçiriləcək.

Open.az xəbər verir ki, azərbaycanlı hakim Yusif Nurullayev Ermənistan millisinin iki oyununa təyinat alıb.

O, sabah Moldova – Ermənistan, avqustun 22-də isə Ermənistan – Belarus matçını idarə edəcək.

Y.Nurullayevin Ermənistan milli komandasının oyunlarına təyinat alması birinci dəfə deyil.