Azərbaycanlı atlet Ramil Quliyev ailə həyatı qurub.

Open.az xəbər verir ki, Türkiyəni təmsil edən idmançımız ukraynalı sevgilisi Marqarita Duqina ilə rəsmi nikaha daxil olub.

Antalyada evlənən cütlük toy şəkillərini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Marqarita Duqina da atletdir. Onlar birlikdə Türkiyədə yaşayırlar.