Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb.

Open.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Keşlə" və "Sumqayıt" arasında keçiriləcək görüşün əsas və dördüncü hakimləri FİFA referiləri olacaq. "Qəbələ" - "Neftçi" qarşılaşması isə İnqilab Məmmədova tapşırılıb.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar
12 aprel (cümə axşamı)
16:00. “Keşlə” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı, “İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu