ABŞ-ın Delavare əyalətində bir evdə eyni ailədən 3-ü uşaq olmaqla 5 nəfərin silahla vurularaq öldürüldüyü bildirilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada, Delevare ştatının Nyu Kasl şəhərində bir evdə odlu silahla vurularaq öldürülən 3-ü uşaq olmaqla, 5 nəfərin qatil yada qatillərinin tapılmadığını, axtarışların davam etdiyini bildirib. Ölənlərin, Metyu Eduard (42), Arvadı Julie Eduard (41), və uşaqları, 6 yaşlı Yakob 4 yaşlı Brinley və 3 yaşlı Paxton olaraq müəyyən edildiyi açıqlanıb.

Delaware Əyalət Polisi, öldürülən 5 nəfərlik ailenin, dəqiq ölüm səbəblərini müəyyənləşdirmək üçün meyitin yarılmasından sonra hesabatları gözləndiyini və istintaqın davam etdirildiyini deyib.