2026-cı ildə baş tutacaq Dünya Çempionatının ev sahibləri müəyyənləşib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, FİFA-nın 68-ci konqresində çıxarılan qərara əsasən, "DÇ-2026"ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Qərar keçirilən səsvermə nəticəsində verilib. "DÇ-2026"da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq.