2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Open.az xəbər verir ki, oyun "Atatürk" Olimpyia Stadionunda baş tutacaq.

Qeyd edək ki, sözügedən arena Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib.

Xatırladaq ki, "Atatürk" Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.