Hindistanda hava limanlarında xidmət edən polislərə daha az gülümsəmələri üçün xüsusi göstəriş verilib.

Open.az BBC-yə istinadən xəbər verir ki, ölkədə 60 hava limanının təhlükəsizliyindən məsul Mərkəzi Sənaye Təhlükəsizlik Gücü, (CISF) işçilərindən "dost görünmək əvəzinə daha tədbirli olması" tələb olunub.

CISF-in, sərnişinlərin özlərini rahat hiss etmələri üçün təhlükəsizlik xidmətinin əməkkdaşlarının çox vaxtını və enerjisini boşa xərclədiyini düşündüyü qeyd olunub. Sevimli görünməyin təhlükəsizliyi azaldaraq, terror hücumları təhlükəsinə yol açacağına dair narahatlıqla əlaqəli olaraq, "nəzərə çarpan bir gülümsəmədən, az gülümsəmə sisteminə" keçiləcəyi qeyd edilib.