Xaçmazda piyada ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oktyabrın 11-də saat 20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Mübariz Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Çinartala kənd sakini Almas Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin