Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 13 radələrində Tovuz şəhərinin ərazisində Şəmkir rayon sakini Şükür Əhmədov idarə etdiyi “Hyundai” (yük) markalı avtomobillə şəhər sakini Səlmiş İsmayılovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı Tovuz RPŞ tərəfindən araşdırma aparılır.