Meksikanın Nuevo Leon əyalətində tikintisi davam edən alış-veriş mərkəzi çöküb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 fəhlə ölüb, 15-i xəsarət alıb.

İtkin düşən 9 işçinin axtarışları isə davam edir. Üç mərtəbəli binanın tikintisinin qanunsuz olduğu müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Gülnar Qafarlı