Almaniyanın Montabaur bölgəsində bir sürət qatarı od tutaraq yanıb.

Open.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın dəmir yolları şirkəti "Deutsche Bahn" məlumat yayıb.

Frankfurtdan Kölnə gedən qatardakı 510 sərnişin təxliyyə olunub. Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər sövq edilib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bölgədəki sıx duman səbəbindən A3 avtomobil magistralı da müvəqqəti bağlanılıb.

Yanğının səbəbləri araşdırılır.

Gülnar Qafarlı

Almaniyada sürət qatarı yanıb külə döndü - FOTO


Almaniyada sürət qatarı yanıb külə döndü - FOTO