"Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə daha 4 nəfər gətirilib və ümumilildə Mərkəzə yerləşdirilən xəstələrin sayı səkkizə çatıb".

Bunu Open.az-a açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, xəstələrdən 7-i qadın, biri isə cavan oğlandır: “Vəziyyətləri stabildir və kliniki zəhərlənmə kimi qiymətləndirmirik. Yüngül dərəcəyə yaxındır. İlkin nəticəyə görə, xəstələr pambıq tarlalarında alaq otlarına qarşı istifadə edilən kimyəvi maddədən zəhərləniblər”.

Qeyd edək ki, iyunun 11-də Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. 24 nəfər xəstəxanaya yerləşdirilib.

Şəfiqə