Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganas yaxın gələcəkdə vətəninə dönəcək. Ölkənin Xarici Uİşlər Nazirliyi onu Moskvadan geri çağırır

Open.az Ria Novosti-yə istinadən xəbər verir ki, hökumətə bağlı bir qaynaqdan verilən məlumata görə, qərar şəxsən Yunanısatnın xarici işlər naziri Nikos Kotzias tərəfindən verilib. Moskvadakı mənbələrin verdiyi məlumatda isə Andreasın yerinə başqa səfir göndəriləcəyi deyilib.

Qeyd edək ki, iyul ayının 11-də Yunanıstanda nr oluna qəzetlərdən birində, ölkədən iki Rus diplomatının göndərilməsinə qərar verildiyini, ikisinə isə girişinin qadağan ediləcəyi bildirilib. Nəşrdə onların dövlətin daxili işlərinə və Yunanıstanın milli təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərə müdaxilədə ittiham olunduqları yazılıb.