Yerevanda yenidən aksiyalar keçirilir.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar bu dəfə merin istefasını tələb ediblər. Onlar meri səmərəsiz fəaliyyət göstərməkdə və vətəndaşlar qarşısında hesabat verməməkdə günahlandırıblar.

Nümayişçilər şəhər merinin kabinetinə girməyə cəhd göstəriblər.