Xəbər verdiyimiz kimi, Yerevanda tələbələr ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürməsinə görə aksiya keçiriblər.

Open.az xəbər verir ki, bu gün Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi metrostansiyanın girişini bağlayıb. Onlar qatarların hərəkətinə maneə törədiblər. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarkisyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarkisyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.