Yaponiyanın Hönsü adasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçib.

Open.az xəbər verir ki, zəlzələ ilə əlaqədar Yaponiya baş naziri Sindzo Abenin ofisində böhran qərargahı fəaliyyət göstərir.

Qeyd edək ki, zəlzələnin ocağı yerin 20 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur..