İtaliyada aparılan araşdırmaya görə, xərçəng dərmanları qadınlara nisbətən kişilərdə iki qat daha yaxşı nəticə verir.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma “Lancet Onkoloji” jurnalında dərc edilib. Tədqiqatda immunoterapi adı verilən üsulla müalicə alan xərçəng xəstələrinin həyatda qalmaq nisbətləri araşdırılıb. Araşdırmada 11 mindən çox xəstə iştirak edib.

Tədqiqatçılar xərçəngin növü və istifadə edilən dərmandan asılı olaraq kişi xəstələrin daha uzun müddət yaşadıqlarını bildiriblər.