“Volkswagen”in 2012-ci ildə çox kiçik dəyişikliyə uğrayan loqosu tamamilə dəyişə bilər.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hələ bu dəyişikliyin necə olacağı ilə bağlı qəti bir məlumat verilməyib.

Lakin “Volkswagen”ə sentyabr ayında “Hyundai”dan qatılan Marketinq Direktoru Jochen Sengpiehl mühüm qərarlar verib.

O, əsas məqsədinin loqonu daha rəngli bir hala gətirmək olduğunu deyib. Sengpiehl markanın əvvəlki illərə nisbətən yaxşı vəziyyətdə olmadığına diqqət çəkib.

Qeyd edək ki, “Volkswagen” bu dəyişiklik üçün 25 milyard dollar xərcləyəcək.