Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı bağçada kiçik qız uşağı tərbiyəçi tərəfindən döyülüb.

Hadisə ilə bağlı Open.az-a açıqlama verən bağçanın təsərrüfat müdiri uşağın döyülmədiyini və müdirə böhtan atıldığını bildirib:

“Yayılan xəbər yalnışdır. Uşağın valideyni müdirə böhtan, şər atır. Elə bir hadisə baş verməyib. Bağçamızda təhlükəsizlik kamerası da var. Hər şeyi sübut edə bilərik”.

Qeyd edək ki, uşağın valideyni Leyla Əlizadə yeni müdirin aylıq haqqı kimi hər kəsdən 20 manat pul yığdığını söyləyib. Pulu vermədiyinə görə övladının tərbiyəçi tərəfindən döyüldüyünü iddia edib.