Xəbər verdiyimiz kimi, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Open.az “haberler”ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra ana müxalifət partiyası CHP-nin (Cümhuriyyət Xalq Partiyası) millət vəkili Levent Gökdən reaksiya gəlib: “İdarə edə bilmədiklərinin sübutudur, xeyirli olsun”

Qeyd edək ki, Ərdoğan açıqlamasında bu sözlərdən itifadə edib: "Seçki məsələsini ölkəmizin gündəmindən bir an əvvəl çıxartmaq şərtdir. Seçkilərin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik. Millətimizə xeyirli olsun deyirik".