Son günlər Türkiyənin milli valyutası – lirə sürətlə ucuzlaşmaqda, ölkədə ABŞ dollarının məzənnəsi artmaqdadır.

Open.az “Report”-a istinadən xəbər verir ki, “Bloomberg” ticarət platformasında TRY/USD nisbəti 6,83-ə yüksəlib.

Hazırda isə 1 dollar 6,7 lirəyə bərabərdir.

“Report” yaranmış vəziyyətlə əlaqədar Türkiyənin İstanbul şəhərində əhali arasında sorğu keçirib, onların lirənin ucuzlaşmasına münasibətini öyrənib.