ABŞ prezidenti Donald Trampla keçmişdə əlaqə yaşadığını iddia edən porno ulduz Stormi Daniels saxlanılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Danielsin vəkili Maykl Avenatti "Twitter" hesabında məlumat yayıb.

O, porno ulduzun Ohayo ştatının Kolumbus şəhərindəki gecə klubunda saxlanıldığını bildirib. Daniels ştatın qanunları pozmaqda ittiham olunur.

Qeyd edək ki, S.Daniels Trampla cinsi əlaqəsi məsələsində səssiz qalması üçün 2016-cı ildə bir müqaviləyə imza atdığını iddia edib.

Tramp porno ulduzun iddialarını təkzib edib. Lakin vəkil onun Danielə 130 min dollar pul ödədiyini təsdiqləyib.