ABŞ prezidenti Donald Tramp, yenə də amerikalı idmançıları tənqid edərək, milli oyunlardan əvvəl diz çöküb ABŞ rəhbərliyini və ölkədəki problemlər etiraz edən futbolçuları hədəfə alıb.

Open.az xəbər verir ki, Amerikan Futbolu Liqasında (NFL) ötən gün oynanılan 12-ci mövsüün hazırlıq oyununda, bəzi idmançıların diz çökərək, bəzilərinin isə milli himn bitmədən meydançaya çıxmayaraq ABŞ-dakı siyasi və sosial problemlərə etiraz etməsi yenə Tramp tərəfindən tənqid edilib.

Tramp, Twitter hesabından verdiyi açıqlamada, "NFL futbolçuları yenidən, milli himn zamanı qürurla ayaq üstdə dayanmaq əvəzinə diz çökür. Fərqli komandaların bir çox futbolçusu anlamadıqları bir şeyə hirslənir" ifadələrinə yer verib.

Tramp həmçinin NFL futbolçularının sevdikləri işi görərək sərvət əldə etdiklərini bildirərək, "Xoşbəxt olun! Azarkeşlərin bir ətək pul ödəyərək izləmək və əylənmək istədikləri futbol matçları etiraz etmək yeri deyil. Pulun çoxu onsuz da futbolçuların cibinə gedir. Etiraz etmək üçün başqa bir yol tapın. Milli himniniz üçün ya qürurla ayaq üstə durun və ya pul almadan uzaqlaşdırma alın"deyə bildirib.

Qeyd edək ki, NFL futbolçularından Kolin Kaepernick, 2016-cı ilin mövsümündə milli himn zamanı diz çökən ilk futbolçu olub. O bu etirazının ölkədəki irqçilik və qaralara tətbiq edilən polis zorakılığına diqqət çəkmək məqsədi daşıdığını söyləmişdi.

Bundan sonra son iki mövsümdə NFL-də milli himn zamanı yüzlərlə futbolçu diz çökərək Tramp hökumətinin siyasətini və ölkədə artan irqçilik hadisələrinə etiraz etmişdi.

Tramp isə keçən il diz çökən futbolçuların mkomanda sahibləri tərəfindən qovulmasını söyləmiş, NFL-in milli himnlə bağlı qanun dəyişikliyinə getməsi və liqada himn zamanı futbolçulara ayaqda dayanmalı olduğunu ildirmişdi.

NFL may ayında etdiyi qanun dəyişikliyində, matçlardan əvvəl milli himn zamanı diz çökən futbolçulara və komandalarına cəza tətbiq olunacağını bildirmiş, ancaq milli himn zamanı ayaqda durmaq istəməyənin himn bitənə qədər soyunma otağı və ya məkan xaricində dayanması lazım olduğunu bildirmişdi.