ABŞ prezidenti Donald Tramp ötən gün bir proqramda onu söyən dünya şöhrətli amerikalı aktyor Robert De Niroya sərt sözlərlə reaksiya göstərib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Hollivud ulduzunu sərt şəkildə tənqid edib:

"Çox aşağı İQ-sü olan Robert De Niro filmlərdə həqiqi boksçulardan başına çox yumruq yeyib. Dünən gecə onu izlədim və kütləşmiş olduğuna inandım. Güman edirəm ki, iqtisadiyyatımızın hazırda ən yaxşı vəziyyətdə olduğunu və bir çox şirkətin yenidən ölkəyə qayıtdığının fərqində deyil. Oyan, axmaq".

Qeyd edək ki, 72-ci "Tony" Mükafatlarında Robert De Nironun ABŞ prezidenti Donald Trampa canlı yayımda söyməsi gecəyə damğa vurmuşdu.