ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın artıq nüvə təhdidi yaratmadığını açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə Şimali Koreya lideri Kim Çen Inla Sinqapurdakı görüşdən sonra "Twitter" hesabında yazıb.

O, hər kəsin daha güvəndə olduğunu bildirib: "Artıq Şimali Koreyadan bir nüvə təhdidi yoxdur. Kim Çen Inla görüşmək maraqlı və çox müsbət bir təcrübə idi. Şimali Koreyanın gələcək üçün möhtəşəm bir potensialı var. Prezident Barak Obama Şimali Koreyanın ən böyük və ən təhlükəli problem olduğunu söyləmişdi. Artıq deyil, bu gecə rahat yatın".