ABŞ Prezidenti Donald Trump, Şimali Koreya lideri Kim Jongun iyun ayında Sinqapurdakı görüşlərindən sonra ona göndərdiyi məktubunu "Twitter" də paylaşıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Trump, Kim Jongun ona göndərdiyi məktubu "Twitter" dəki hesabından paylaşaraq "Şimali Koreya Rəhbərindən çox yaxşı bir mesaj. Maraqlı yenilik qeydə alınıb" şərhini verib.

Kim Jongun Trumpa göndərdiyi məktubda isə bu ifadələr yer alıb:

Hörmətli zati-aliləri prezident, sizinlə 24 gün əvvəl Sinqapurda həyata keçirtdiyimiz çox mühüm görüş və birgə imzaladığımız bəyannamə həqiqətən də əhəmiyyətli bir yolun başlanğıcıdır.

Sizin iki ölkə arasındakı əlaqələrin daha yaxşı bir nöqtəyə gəlməsi və bəyannamənin reallaşması üçün göstərdiyiniz enerji və fövqəladə cəhddən məmnunluğumu bildirmək istəyirəm.

Zati-aliləri prezident, sizin və mənim göstərdiyimiz səmimi cəhdin və münasibətin yaxın zamanda Şimali Koreya və ABŞ arasındakı münasibətlərdə bəhrəsini verəcəyinə ürəkdən inanıram".

Qeyd edək ki, iyunun 12 -də Tramp və Kim Jong Siqapurda bir araya gəlmişdilər.

Tramp Kim Jongun məktubunu sosial mediada paylaşdı