ABŞ prezidenti Donald Tramp porno ulduz Stormi Danielsə susması üçün pul verdiyini rəsmən qəbul edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ hökuməti yanında Etika məsələləri Bürosu məlumat yayıb.

Məlumatda Trampın 2016-cı ildə Kohenə 250 min dollar verdiyi əks olunub.

Ağ Evdən informasiya barədə açıqlama vermək məcburiyyətində olmadıqları bildirilib.

Qeyd edək ki, Trampla porno ulduzun əlaqəsi 2011-ci ildə Las-Veqasda başlayıb. Aktrisa bundan sonra illərlə qorxu içərisində yaşadığını və Trampın vəkili Maykl Kohendən 131 min dollar aldığını söyləyib.