İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahı bir bəyanant yayımlayaraq Merivanda teroristlərlə qarşıdurma zamanı 10 əsgərin şəhid olduğu barədə məlumat verib.

Open.az xəbər verir ki, açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.