Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İngiltərə səfəri müddətində daha bir qalmaqal baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, prezident qaldığı otelə gedən zaman türk vətəndaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Həmin vaxt terrorçular türklərə hücum edib. Onlar polislərin köməyi ilə ərazidən uzaqlaşdırılıb.

Sözügedən görüntülər sosial şəbəkədə sürətlə yayılmağa başlayıb və böyük reaksiyaya səbəb olub.

Qeyd edək ki, Ərdoğanın İngiltərə səfəri zamanı kanvoyuna hücum edilmişdi.