Türkiyə Hərbi Hava Qüvvələri Şırnak vilayətinin Beytüşşebap rayonunda PKK terror təşkilatına məxsus təhlükəli terrorçunu ələ keçiriblər.

Open.az xəbər verir ki, terrorçuların pilotsuz aparatlar tərəfindən yerləri aşkar edilərkən terror aktına hazırlaşırmışlar. Bombardman nəticəsində zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Qeyd edək ki, yaralı terrorçu “Mehmet Goyi” ləqəbli Kadri Bayram, bir çox ağır cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

Əməliyyat nəticəsində ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.