Süni intellektli robot Yaponiyanın paytaxtı Tokionun Tama rayonunun bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, qadın formasında olan robotun seçki plakatları Tamanın hər tərəfinə yapışdırılıb.

Robotun ən böyük dəstəkçisi 2014-ci ildə bələdiyyə seçkilərində məğlub olan Michihito Matsudadır. O, robotun namizədlik kampaniyası üçün bir ofis tutub və internet saytı açıb:

“Süni intellektlə silahlanmış bələdiyyə sədri sayəsində tərəfsiz və balanslı bir siyasət aparacağıq. Rüşvətə və yalana yer yoxdur. Robot seçilərsə 100 nəfərdən 99-u məmnun olacaq”.