Sudanda zəvvarları daşıyan avtobusun, yük maşını ilə toqquşması nəticəsində 11 nəfər həyatını itirib.

Open.az xəbər verir ki, dəniz yolu ilə müqəddəs torpaqlara gedəcək zəvvarları daşıyan avtobusun, Sevakin Adasına doğru yola çıxdığı və Atbara şəhəri yaxınlığında yük maşını ilə toqquşduğu bildirilib.

Hadisə yerində 11 nəfərin həyatını itirdiyini açıqlayan Sudanlı rəsmiləri, yaralı zəvvarlardan birinin Atbara şəhərindəki xəstəxanalara çatdırıldığı qeyd olunub.

Rəsmi şəxslər, qəzada xəsarət alanlarla bağlı hələki dəqiq məlumat verməyib.