Şimali Koreya ilə ABŞ arasındakı müharibə bitib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi qəzeti "Rodong Sinmun"da məlumat yayılıb.

Məlumatda Şimali Koreya ABŞ ilə müharibənin sona çatdığını elan edib: "Şimali Koreyanın atəşkəs elanı, yalnız Koreya yarımadasında deyil, həm də regionda və dünya miqyasında sülhün və təhlükəsizliyin təmin edilməsindəki ilk addımdır".

Qəzetdəki açıqlamada, Şimali Koreya hökuməti ABŞ tərəfinə, müharibəyə son verməyi və atəşkəs müqaviləsinin sülh sazişinə çevirməyi təklif edib.