Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin tərkibindəki qırıcılardan biri texniki qəza səbəbiylə Səudiyyə Ərəbistanının Yəmən sərhədindəki Əsr bölgəsinə düşüb.

Open.az xəbər verir ki, bu barədə Koalisiyanın Sözçüsü Polkovnik Turku Əl-Maliki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPADA açıqlama verib. Polkovnik açıqlamasında, koalisiyanın tərkibində yer alan Səudiyyə Ərəbistanı Kraliyyət Hava Qüvvələrinə bağlı Tornado tipli qırıcının təlimdən qayıdarkən texniki qəza səbəbiylə Əsr bölgəsinə düşdüyün, hadisədə 2 pilotun xilas olduğunu bildirib.

Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə qanuni hakimiyyətə çevriliş edən Husiler, 2014-cü ildən bəri paytaxt Səna və bəzi bölgələrin nəzarətini əlində saxlayır. Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri isə 2015- ci ilin mart ayından bəri Yəmən hökumətinə dəstək verir.