Ər-Riyad Fələstin üçün 200 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə kralı Salman Bin Əbdüləziz Al Səid bazar günü Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində deyib.

Onun sözlərinə görə, 150 milyon dollar "Vəqf" fələstin müsəlman əmlak fonduna, 50 milyon dollar BMT-nin fələstin qaçqınlarına yardım və işlərin təşkili fonduna göndəriləcək.