30 il həbs cəzası alan keçmiş Salvador prezidenti Toni Saka, milyonlarla dolları hesabına köçürdüyünü etiraf edərək cəzasını 10 ilə endirə bilər.

Open.az xarici mediyaya istinadən xəbər verir ki, keçmiş Salvador prezidenti Toni Saka, 2004-2009-ci illərdəki vəzifə müddəti boyunca dövlət fondlarından milyonlarla dolları şəxsi hesabına köçürməsi haqqında ittihamları qəbul edib.

Saka, məhkəmədə verdiyi ifadədə, prokurorların ittiham aktında yer alan, dövlət fondlarındakı 301 milyon dolları müxtəlif hesablara ötürən şəbəkənin içində olduğunu etiraf edib.

Xüsusi katibi tərəfindən digər şəxslərə ödəniş etmək üçün açılan iki hesabat üzərindəki kifayətsiz nəzarətlərdən istifadə etdiyini deyən Saka, həmçinin xidmət göstərməyən müxtəlif təqdimat şirkətlərinə ayda 10 min dollar ödəniş etdiyini bildirib.

Bu şirkətlərin pulun 80 faizini geri qaytardığını qeyd edən Saka, digər tərəfdən, kredit kartı borcunu ödəməsi üçün xanımına hər ay 10 min dollar verdiyini söyləyib.

Sakanın vəkili Mario Maçado, müvəkkilinin, daha əvvəl prosedur olaraq doğru zaman olmadığı üçün cinayətini qəbul etmədiyini müdafiə edib.

30 il həbs cəzası ilə qarşı-qarşıya olan Sakanın, cinayətini etiraf etməsindən dolayı cəzasının 10 ilə qədər azaldıla biləcəyini bildirib.

Xatırladaq ki, keçmiş Salvador prezidenti Yoni Saka 2016-cı ilin 30 oktyabrında korrupsiyada ittham edilrək saxlanılıb.

İstintaqı aparan prokurorlar, Sakanın haqsız varlanma, qeyri-qanuni iş münasibətləri və pul yuma səbəbləriylə övladının toy mərasimində saxlanılmışdı.

Prokurorlar, Sakanın dövlət başçılığı etdiyi 2004-2009-ci illərdə aldığı 6,5 milyon dollarlıq mal varlığının 5 milyonunu açıqlamadığını ifadə etmişdi. Saka isə ittihamları qəbul etməmişdi.