Sabirabad sakinini aldadaraq avtomobilini alan şəxs saxlanılıb.

Open.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan alıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilib və məlumat aidiyyəti üzrə ötürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılıb.