Krımın Sivastopol şəhərindən iyul ayının 19-da qayıqla yola çıxan Rus səyyah Yuriy Burlak, İstanbulda sahil təhlükəsizlik qrupları tərəfindən saxlanılıb.

Open.az xəbər verir ki, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü Burlak, 100 gün davam etməsi planlaşdırılan, Sivastopol-İstanbul və Bakı-Antalya etaplarından ibarət olan səfərinin ilk etapını tamamlamaq ərəfəsində İstanbul Boğazına giriş etməyi planlaşdırdığı zaman saxlanılıb.

Sputnik.ru-ya açıqlama verən Burlaq yaşadıqlarını belə izah edib: "Güclü külək bizi İstanbul boğazını girişindən 50 kilometr irəli sürüklədi. Dünən səhər sərhəd pozuntusu etməmək və yaxınlaşdığımızı bildirmək üçün sahil təhlükəsizlik orqanlarına xəbər verdik. Türkiyəyə qanuni olaraq giriş etmək üçün bizi gömrük nəzarət nöqtəsinə aparmalarını istədik. Ancaq güman edirəm dil problemi səbəbindən İstanbuldan bir xilasetmə kateri gətirdilər və bizi qayıqla apardılar" deyib.

Sənədlərinin dəniz polisi müdirində olduğunu qeyd edən Burlak, Rusiyanın İstanbul Baş Konsulluğunun məsələ ilə məşğul olduğunu bildirib.

Bu arada Burlak, səfərinin ikinci etapını həyata keçirməkdən imtina etdiyini açıqlayıb.

Burlak, "Antalyaya getməyəcəyəm, çünki avadanlığım zərər gördü və itdi. Əhvalım pozulub. Bizə turist statusu verilməsini istəyirik. Həyat yoldaşımı buraya dəvət edirəm və daha sonra təyyarə Rusiyaya qayıdacağıq. Əşyalarımızı nəqliyyat şirkəti vasitəsiylə Rusiyaya göndərəcəyik" deyib.