Rusiyalı millət vəkili Aleksandr Korovnikov dünyasını dəyişib

Open.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının, Birləşmiş Rusiya partiyasından olan deputat Aleksandr Korovnikov 64 yaşında dünyasını dəyişib. Millət vəkilinin ölüm səbəbi hələki məlum deyil.

Korovnikov 1955-ci ildə anadan olub. SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasət Məktəbini, sonra isə Lenin adına Hərbi-Siyasət Akademiyasını bitirib. 2000-ci ildən 2007-ci ilə qədər Hesablama Palatasında işləyən siyasətçi, sonralar Novqorod vilayətində senator olub.