Rusiyada pensiya yaşı artırılıb.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedev məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildən pensiya yaşının artırılması üçün keçid dövrü başlayacaq. O, pensiya yaşını 2028-ci ilə qədər kişilər üçün 65-ə, qadınlar üçün isə 2034-cü ilə qədər 63-ə çatdırmağı planlaşdırdığını qeyd edib.