Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.

Open.az xəbər verir ki, bunu rusiyalı senator İqor Morozov söyləyib. Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:

"Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq".