Rusiyaya məxsus qırıcıların Hələbin qərbindəki Urem-Alkubra qəsəbəsində həyata keçirdiyi hava hücumu nəticəsində 20 nəfər həyatını itirib, 15-dən çox adam da yaralanıb.

Open.az xəbər verir ki, Rusiyaya məxsus qırıcıların bu gün Hələbin qərbindəki Urem-Alkubra qəsəbəsinə 3 hava hücumu həyata keçirildiyi öyrənilib.

Hücumda 20 mülki vətəndaşın həyatını itirdiyi 15-dən çox insanın yaralandığı bildirilib.

Hücum nəticəsində regiona çox ciddi ziyan dəyfiyi də qeyd edilib.

Mülki müdafiə dəstələri hücum nəticəsində dağıdılan binaların dağıntıları altında hələ də insanların olduğunu və onların xilas etmə işlərinin davam etdiyini bildirib.