ABŞ-ın İrana qarşı başlatdığı iqtisadi sanksiyalarından sonra İranda son günlər bahalaşma baş verir.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, qiymət artımının qarşısını almaq məqsədilə İran prezidenti Həsən Ruhani bir sira tədbirlərə əl atıb. O, dövlət anbarlarındakı malların bir an öncə boşaldılaraq, satışa çıxarılması tapşırığı verib.

Bu barədə İran İslam Respublikası prezidentinin ofisinin rəhbəri Mahmud Vaizi məlumat verib.

Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanmış nüvə müqaviləsindən sonra İranda bir çox məhsulun qiyməti artmağa başlayıb.