İsveçdə Adolf Hitlerin doğum günü münasibətilə bələdiyyə binası daxil olmaqla 3 rəsmi qurumdan Nasist bayrağı asılıb.

Open.az xəbər verir ki, paytaxt Stokholmun Huddinge Bələdiyyə Sədri Daniel Dronjak İsveç dövlət televiziyası SVT-yə hadisə ilə bağlı açıqlama verib.

O, bayrağın səhər fərq edilərək dərhal endirildiyini deyib və bunu ürəkbulandırıcı hal kimi qiymətləndirib.

Stokholm Polis İdarəsi isə yazılı bəyanatla Nasist bayrağının Huddinge Bələdiyyəsindən başqa Stokholmun 2 bölgəsində də dalğalandırıldığını bildirib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.