Bu gün 14 il aradan sonra İraqın paytaxtı Bağdaddakı hava limanına Rusiya hava yollarına məxsus bir təyyarə eniş edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bağdad hava limanından açıqlama verilib. Açıqlamada ötən gün Rusiyadan havaya qalxan "Rus Red Wings" hava yolu şirkətinə aid bir təyyarənin paytaxt Bağdadın hava limanında eniş etdiyi bildirilib.

Bildirilib ki, Bağdad ilə Moskva arasında həftədə bir dəfə uçuş həyata keçiriləcək.

Qeyd edək ki, Rusiya 2004-ci ildə İraqa reallaşdırdığı təyyarə səfərlərini təhlükəsizliyi əsas göstərərək dayandırmışdı.