Ermənistanın baş naziri Nikol Paşinyan "DÇ-2018"də iştirak etmək üçün Moskvaya gedib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, baş nazir səfər çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevlə görüşəcək.

Bu barədə Paşinyan "Facebook" hesabında məlumat verib: "Həyat yoldaşım Anna ilə birlikdə Moskvada işgüzar səfərə gəlmişəm. Səfər çərçivəsində prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevlə görüşəcəyəm. "DÇ-2018"in açılış mərasimində iştirak edəcəyəm".