Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedəcək.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Arman Eqoyan məlumat verib.

Hələ ki, səfərin hansı məqsədlə baş tutacağı bilinmir.

****

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Dağlıq Qarabağ bölgəsinə yollanıb.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir qondarma respublikanın prezidenti Bako Saakyanın müşayiəti ilə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.